ABŞ qüvvələri sanksiya altında olan neft tankerini Venesuela sahilləri yaxınlığında saxlayaraq nəzarətə götürüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Analitiklərin fikrincə, insident Venesuela neftinin ixracını daha da çətinləşdirə bilər. Onlar hesab edir ki, belə addımlardan sonra neft daşıyıcı şirkətlər sanksiyalara düşmək və ya birbaşa ABŞ tərəfindən qarşısının alınması riskinə görə iki dəfə düşünməli olacaqlar.
Hadisə ilə bağlı nə Vaşinqton, nə də Karakas tərəfindən rəsmi açıqlama verilib.
Aysel Əliyeva
Globalinfo.az