ABŞ Venesuelaya məxsus təyyarəni ələ keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, Dominikanda saxlanılan Venesuela hökumət təyyarəsinin ələ keçirilməsi əməliyyatına ABŞ dövlət katibi Marko Rubio rəhbərlik edib.
Qeyd edək ki, bu, son bir neçə ay ərzində ABŞ-ın ələ keçirdiyi ikinci Venesuela təyyarəsidir.
Aysel Əliyeva
Globalinfo.az














