ABŞ və Ukraynanın Azərbaycandakı səfirləri görüşüb

ABŞ və Ukraynanın Azərbaycandakı səfirləri görüşüb

ABŞ-nin Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi ukraynalı həmkarı Vladislav Kanevski ilə görüşüb.

Globalinfo.az “Report”-a xəbər verir ki, bu barədə ABŞ səfirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.

“Bu gün Ukraynanın səfiri Vladislav Kanevski ilə görüşmək çox xoş oldu. Mən ABŞ-nin “StandWithUkraine” platforması çərçivəsində öhdəliklərini və Cənubi Qafqazda ümumi prioritetləri irəli sürmək üçün birgə işləməyi səbirsizliklə gözləyirəm”, – M.Libbi bildirib.