ABŞ və NATO arasında Ukraynaya silah satışının məbləği açıqlandı

ABŞ və NATO arasında Ukraynaya silah satışının məbləği açıqlandı

ABŞ Ukraynaya dəstəyin yeni mərhələsi çərçivəsində NATO ölkələrinə təxminən 10 milyard dollar dəyərində silah satmağı planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” təşəbbüsün detallarına bələd mənbəyə istinadən məlumat yayıb.

“Yardımın birinci mərhələsi çərçivəsində ABŞ müttəfiqlərinə 10 milyard dollarlıq silah satacaq”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Birləşmiş Ştatların Ukraynaya silah istehsal edəcəyini, lakin xərcləri NATO ölkələrinin qarşılayacağını açıqlayıb:

“Biz bu silahları almayacağıq, amma istehsal edəcəyik. Onlar isə bunun əvəzini ödəyəcəklər”, – Tramp vurğulayıb.

Tahir Turan
Globalinfo.az