ABŞ və İran arasında gizli görüş olub – Sensasion Türkiyə detalı

ABŞ və İran arasında gizli görüş olub - Sensasion Türkiyə detalı

İsrailin İranın paytaxtı Tehranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyəni öldürməsi bölgədə gərginliyi artırıb. ABŞ nümayəndə heyətinin Türkiyə üzərindən gizli şəkildə İrana getdiyi iddia edilib.

Globalinfo.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Küveytin “Al Ceride” qəzeti məlumat yayıb.

Xəbərdə ABŞ rəsmilərinin Ankaradan gizli şəkildə İrana gedərək “İsrailə hücum edib Netanyahunun hiyləsinə düşməyin” xəbərdarlığı etdikləri bəyan edilib.

2 saat davam edən kritik görüşdə rəsmilər İranın İsrailə hücum edəcəyi təqdirdə ABŞ-ın İsrailin yanında olacağını və onun müdafiəsinə dəstək verəcəklərini bildiriblər. Həmçinin ABŞ-ın böyük müharibə istəmədiyi vurğulanıb.

Görüşdə ABŞ nümayəndə heyəti İrandakı bəzi Mossad agentlərinin siyahısını xoşməramlılıq əlaməti olaraq İrana verib: “Biz anlayırıq ki, siz prestij üçün hücum edirsiniz. Amma böyütməyin. Əgər birlikdə nüvə razılaşması əldə etsək, Netanyahuya ən böyük zərbəni vurmuş olarsınız”.