ABŞ Ukraynaya hərbi yardımı buna görə dayandırıb

ABŞ Ukraynaya hərbi yardımı buna görə dayandırıb

Ukraynaya hərbi yardımın azaldılması Vaşinqtonun qlobal əməliyyatlar üçün tələb etdiyi strateji ehtiyatların kifayət qədər səviyyədə saxlanması zərurəti ilə bağlıdır. 

Globalinfo.az-ın xəbərinə görə, bu barədə “The Washington Post” Ağ Evdəki mənbələrə istinadən məlumat yazıb.

Vurğulanıb ki, Amerika tərəfi kifayəq qədər döyüş sursatı istehsal edə biləcəyindən əmin deyil.

Buna misal olaraq İranın Qətərdəki ABŞ bazasına bu yaxınlarda etdiyi hücumu göstərmək olar, hadisədən sonra ABŞ tərəfi rekord sayda Patriot hava hücumundan müdafiə raketləri yerləşdirib.

Nəşr qeyd edir ki, belə sistemlərdən birinin qiyməti 1 milyard dollardan artıqdır, ayrı-ayrı ələ keçirən raketlərin qiyməti isə 4 milyon dollara çatır.

Tahir Turan

Globalinfo.az