Rusiyanın Qərb sanksiyalarından yayınmaq üçün etdiyi cəhdlər Qazaxıstan bankları və şirkətləri üçün sanksiya riskini artırır.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ maliyyə nazirinin köməkçisi Elizabet Rozenberq Astanada jurnalistlərə açıqlamasında deyib.
“Biz Rusiyanın səylə sanksiyalardan yayınmağa cəhd etməsinə və bu işdə kifayət qədər irəliləyiş əldə etməsi faktına çox ciddi yanaşmalıyıq. ABŞ hökuməti Qazaxıstan biznesi və hökuməti ilə qarşılıqlı fəaliyyət göstərməklə mövcud riskləri və nəticələri müəyyən etməyə çalışır”, – o bildirib.
Qeyd edək ki, ABŞ nümayəndə heyəti artıq bir neçə gündür Qazaxıstanda hökumət nümayəndələri ilə danışıqlar aparır. Onlar Astanadan sonra Bişkekə yollanacaqlar.
İlkin Həsənov
Globalinfo.az













