ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların tarixində ilk dəfə rəsmi dövlət dili tətbiq edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “ The Wall Street Journal” məlumat yayıb.
“Ağ Evin nümayəndələrinin sözlərinə görə, Prezident Tramp ABŞ tarixində ilk dəfə ingilis dilini rəsmi dövlət dili elan etmək barədə sərəncam imzalayacaq. Bu, sabiq prezident Bill Klintonun əmrini ləğv etmiş olacaq. Belə ki, Bill Klinton agentliklər və dövlət müəssisələrinin ingilis dilində danışmayan şəxslərə yardım göstərmələri barədə göstəriş vermişdi”, – nəşrdə qeyd olunur.
Qeyd edək ki, ABŞ tarixində bu zamana qədər rəsmi dövlət dili tətbiq edilməyib.
Aysel Əliyeva
Globalinfo.az














