ABŞ səfirindən qəribə seçim: Rusiyada ilk onunla görüşəcəm

Rusiyada səfir kimi prioritetim saxlanılmış amerikalıların azad edilməsi olacaq.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-nin Moskvaya səfir təyin olunması üçün təklif olunan diplomat Lin Treysi deyib.

O, Rusiyaya getdikdən sonra ilk olaraq basketbolçu Britni Qrayner və dəniz piyadalarının veteranı Pol Uilanla görüşəcəyini bildirib.

Qeyd edək ki, Lin Treysi ABŞ-nin Ermənistandakı səfiri olub. Treysi Rusiya üzrə əsas mütəxəssislərdən sayılır. O, Moskvaya qarşı dünyanın bir çox ölkələrində seçdiyi fəaliyyətlə seçilib. Treysi xüsusilə Ermənistanda Moskvanın təsirinin zəiflədilməsində mühüm həmlələr edib.

İlkin
Globalinfo.az