O, Putinin andiçməsindən əvvəl ölkəni tərk edib

ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi ölkəni müəyyən müddətə tərk edib.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işləri nazirinin müavini Sergey Ryabkov açıqlayıb.

Səfirin hələ Vladimir Putinin andiçmə mərasimində iştirak üçün dəvət göndərilmədən öncə Rusiyanı tərk etmək qərarına gəldiyi bildirilib.

Qeyd edək ki, Lin Treysi 2023-cü il yanvarın 9-dan ABŞ-ın Rusiyadakı səfiri vəzifəsini icra edir.

Ayşən Mustafa
Globalinfo.az