libby gence 091224 1

ABŞ Mark Libbi səfiri Gəncəyə səfər edib, Ermənistan-Azərbaycan münaqişəsi qurbanlarının xatirəsini yad edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyinin “X” hesabında paylaşım edilib.

“Birləşmiş Ştatlar bu regionda dinc və firavan gələcəyin təmin edilməsinə sadiqdir”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi səhhəti ilə əlaqədar diplomatik xidmətdən istefa verib. O, 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacaq.

libby gence 091224 2

Paylaş: