Donald Trampın Volodimir Zelenski ilə Ağ Evdə mübahisəsindən sonra ABŞ-a qarşı sanksiya tətbiq edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Norveçə məxsus iri şirkətlərdən olan “Haltbakk Bunkers” məlumat yayıb.
Gəmilər üçün yanacaq istehsalı ilə məşğul olan şirkət bundan sonra ABŞ-a satış etməyəcəyini bildirib. Bundan başqa, bu sahə üzrə fəaliyyət göstərən digər şirkətlərə də ABŞ ordusuna xidmət göstərməmək çağırışı edilib.
Aysel Əliyeva
Globalinfo.az














