ABŞ administrasiyası Rusiyaya qarşı əlavə təzyiq vasitələri üzərində işləyir. Məqsəd Ukraynadakı münaqişənin tezliklə başa çatmasına nail olmaqdır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” və “Politico” nəşrləri adını açıqlamayan mənbələrə istinadən məlumat yayıb.
Hazırda danışıqlar davam etdiyindən konkret tədbirlər açıqlanmır. Bununla belə, Vaşinqtonda müzakirə olunan əsas variantlardan biri ABŞ Prezidenti tərəfindən təsdiqlənəcəyi təqdirdə yeni sanksiyaların tətbiqidir.
Məlumata görə, Donald Tramp hələlik yekun qərar verməyib.
Aysel Əliyeva
Globalinfo.az














