ABŞ rəsmisinin mərmiyə yazdığı söz etiraz doğurdu – FOTO

AP24022604686740 1000x667 1

ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heylinin İsraildə mərminin üzərinə yazdığı sözlər müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, ABŞ rəsmisi İsrail ordusunun mərmisi üzərinə HƏMAS-ı nəzərdə tutaraq “Onları bitirin” yazıb.

N.Heylinin bu addımı ABŞ mediası və ictimai sferasında ciddi müzakirələrə səbəb olub və birmənalı qarşılanmayıb.

ABŞ əhalisinin Qəzza zolağında müharibəni dayandırmasını tələb edən və Fələstini dəstəkləyən qismi N.Heylini qınayıb.

Bildirilir ki, İsrailin Rəfah bölgəsində qaçqın çadırlarına hücumundan sonra ABŞ rəsmisinin bu addımı beynəlxalq siyasi arenada da diqqət çəkib.

Xatırladaq ki, Respublikaçılar Partiyasından olan N.Heyli ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini geri götürüb və Donald Trampı dəstəkləyəcəyini açıqlayıb.

a541305f 883a 4492 a2f7 f1cdce840dd3

Ayşən Mustafa
Globalinfo.az