ABŞ qitələrarası raketini sınaqdan keçirdi – VİDEO

ABŞ Vandenberq Kosmik Qüvvələri bazasından silahsız “Minuteman III” qitələrarası ballistik raketinin planlı sınaq buraxılışını həyata keçirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Military Talk Live” Teleqram kanalı görüntü paylaşıb.

“LGM-30 Minuteman III ICBM” ballistik raketinin uçuş məsafəsinin təxminən 13 min kilometrə yaxın olduğu bildirilib.