“Bayden administrasiyası Rusiya ilə müharibəni sürətləndirmək istəyirdi”.
Globalinfo.az xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlson deyib.
Onun sözlərinə görə, ABŞ Baydenin prezidentliyi dövründə Rusiya Prezidenti Vladimir Putini öldürməyə cəhd edib. Bununla belə, Karlson iddialarının qarşılığında sübut göstərməyib:
“Keçmiş dövlət katibi Entoni Blinken açıq deyirdi, Rusiya ilə əsl müharibəyə israr edir. Məsələn, Putinin qətli ilə. Bayden administrasiyasının planı Putini öldürmək idi”.
Əliyar Xəlil
Globalinfo.az














