ABŞ Prezidenti sözünü tutdu, lakin Zelenski… – Orban

ABŞ Prezidenti sözünü tutdu, lakin Zelenski… – Orban

Donald Trampla Volodimir Zelenskinin görüşü Avropada hərb və sülh məsələsinin həlli baxımından mühüm idi.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “TV2” kanalına müsahibəsində deyib.

“Bu görüş yaxşı hadisə olmadı. Tramp bir daha Ukraynada münaqişənin həllinə nail olmaq istədiyini bildirdi, lakin Zelenski sülh istəmədiyini, yaxud da ən azından onu amerikalıların təklifləri ilə istəmədiyini nümayiş etdirdi”, – Orban bildirib.

Baş nazir qeyd edib ki, Trampla Zelenskinin görüşünə tamaşaçı gözü ilə deyil, maraqlı tərəflərin mövqeyindən baxmaq lazımdır. Eləcə də bölgədə sülh istəyən insanların gözü ilə.

“Burada söhbət bizim gələcəyimizdən, yəni həm macar xalqı olaraq, həm də Avropa olaraq gələcəyimizdən gedir. Həmçinin ümumilikdə Avropanın və Macarıstanın gələcəyindən danışırıq.

ABŞ Prezidenti sözünü tutaraq bütün dünyanı təəccübləndirdi. Ən böyük sürpriz onun kimsənin gözləmədiyi addımlar atması oldu. Halbuki o, bunları edəcəyini demişdi. Misal üçün, o, əvvəlcədən xəbərdarlıq etmişdi ki, nəyin bahasına olursa olsun, sülhə nail olacaq”, – Baş nazir əlavə edib.

Aysel Əliyeva
Globalinfo.az