ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan Donald Tramp seçkidə 53,7% səslə qalib gələ bilər.
Globalinfo.az xəbər verir ki, Trampın qələbəsi ilə bağlı iddialar bukmeyker kontorlarında yer alıb. Bukmeykerlər Trampa qarşılıq vitse-prezident Kamala Harrisin 45,7% səs toplayacağı qənaətindədirlər.
Lakin keçirilən rəsmi sorğular əks nəticələri göstərir. Belə ki, “İpsos” şirkətinin ayın əvvəlindəki keçirdiyi sorğuya əsasən, respondentlərin 50%-i Harrisə, 48%-i isə Trampa səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, ABŞ-da prezident seçkisi noyabrın 5-də keçiriləcək.
Tramp qalib gələcəyi halda Ukrayna və Yaxın Şərqdəki müharibələri bitirəcəyini, Çinə qarşı fəaliyyətini artıracağını bildirib. O həmçinin ABŞ investisiyasının ölkəyə dönüşünü təmin edəcəyini də bildirib. Trampın qələbə ehtimalı Avropa ölkələrini narahat etməyə başlayıb.
Harrisə gəlincə isə o qalib gəlsə, hazırkı siyasi kursu davam etdirəcəklərini və Ukraynaya dəstəyi gücləndirəcəklərini bildirib.
Əliyar Xəlil
Globalinfo.az














