ABŞ ordusundan gözlənilməz qərar: Ermənistana daşınma başladı

ermeni abs esgerleru

ABŞ Almaniyadakı bazalarından yüzlərlə avadanlıq və texnikanı Ermənistandakı sınaq poliqonlarına köçürməyi planlaşdırır. 

Globalinfo.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.

ABŞ hökumətinin satınalma portalında ordunun logistika komandanlığının köçürmə prosesini iyulun 16-dan avqustun 7-dək həyata keçirəcəyi qeyd edilir. Məlumata görə, komandanlıq sözügedən tarixlərdə Almaniyanın Dülmen hərbi bazasından Ermənistandakı Zar bazasına texnika daşımağı planlaşdırır.

Bu köçürülmələrin Pentaqon və Ermənistan ordusunun birgə hərbi təlimləri ilə bağlı ola biləcəyi deyilir.

Əliyar Xəlil
Globalinfo.az