heqset

ABŞ müdafiə naziri Pit Heqset Vaşinqtonun avropalı müttəfiqlərinin “təhlükəli ideologiyaların” təsiri altında qaldığını bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu fikirləri Fransanın şimalında, Müttəfiq qüvvələrin Normandiyaya çıxarılmasının 82-ci ildönümünə həsr olunan tədbirdə səsləndirib.

“Bu gün təəssüf ki, Avropanın digər sahilləri də fərqli təhlükəli ideologiyaların hücumu ilə üzləşir. İspaniya, İtaliya, Yunanıstan və Bolqarıstana qayıqlarla insanlar gəlir”, – deyə Heqset qeyri-qanuni miqrasiyanı nəzərdə tutaraq bildirib.

Pentaqon rəhbəri Avropa paytaxtlarının bu vəziyyətə nə vaxt reaksiya verəcəyinə dair sual ünvanlayıb:

“Avropa paytaxtlarında bu ‘hücum’un qarşısını almaq üçün nə vaxt tədbirlər görüləcək? Yoxsa artıq gecdir? Düşünürəm ki, hələ gec deyil”, – nazir vurğulayıb.

Heqset həmçinin ABŞ-ın müttəfiqlərinə dəstəyini davam etdirdiyini diqqətə çatdırıb:

“Biz müttəfiqlərimizi dəstəkləyirik və onlardan da eyni addımı gözləyirik”, – ABŞ müdafiə naziri fikirlərini tamamlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: