ABŞ müharibəyə hazır olmalıdır – Pit Heqset

ABŞ müharibəyə hazır olmalıdır - Pit Heqset

ABŞ sülhün müdafiəsi üçün müharibəyə hazır olmalıdır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri bu gün ordu generalları və admirallarının iştirakı ilə keçirilən görüşdə bildirib.

    “Müharibə Nazirliyinə xoş gəlmisiniz, çünki Müdafiə Nazirliyinin dövrü başa çatdı” – nazir görüş iştirakçılarını salamlayaraq deyib.

    Pentaqonun rəhbəri bu andan etibarən yenicə bərpa olunmuş Müharibə Nazirliyinin yeganə missiyasının döyüş əməliyyatları aparmaq olduğunu bildirib.

    O, həmçinin vəd edib ki, əgər düşmənlər ABŞ-a meydan oxumağa qərar versələr, onlara “sarsıdıcı zərbə” endiriləcək. Onun sözlərinə görə, Birləşmiş Ştatlar “sülhün müdafiəsi üçün müharibəyə hazır olmalıdır”.