ABŞ maliyyə naziri Skott Bessent Kiyevə səfər edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Səfər çərçivəsində nazir “enerji resursları, enerji aktivləri və dövlət müəssisələrini də əhatə edəcək strateji faydalı qazıntılar haqqında saziş” üzrə danışıqlar aparmaq niyyətindədir. Mənbənin iddiasına görə, bu, ABŞ təbii qazını saxlamaq üçün Ukraynanın geniş yeraltı anbarlarından istifadə ideyasını da əhatə edə bilər. Bu isə ABŞ-ın Ukraynanın təhlükəsizliyi və iqtisadi gələcəyi ilə bağlı marağını təmin edəcək.
“Reuters” bu səfəri və sazişi həm də Zelenskinin xarici siyasəti yenidən formalaşdırmasının bir nümunəsi kimi qiymətləndirib.
Aysel Əliyeva
Globalinfo.az














