“İlk hədəfimiz Suriyada sabitliyi təmin etmək, İŞİD və PKK-nın qarşısını almaqdır”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ Dövlət katibi Entoni Blinkenlə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Blinkenlə Suriyanı və Qəzzadakı vəziyyəti müzakirə etdik. Həmçinin Suriyanın gələcəyində ABŞ və Türkiyənin mümkün rolundan danışdıq.
ABŞ və Türkiyə Qəzzada atəşkəsin əldə olunması üçün intensiv çalışır. İsrail dinc sakinləri atəşə tutur. Bunu ən qısa zamanda dayandırmaq üçün nə edə biləcəyimiz barədə müzakirə apardıq”, – H.Fidan qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az