Hazırda Moskva ilə Vaşinqton arasındakı əlaqələr tarixi baxımdan ən gərgin dövrlərdən birini yaşayır.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“ABŞ ilə münasibətlərimizə gəlincə, onlar İkinci Dünya Müharibəsindən bəri olduqca aşağı səviyyədədir”, – deyə dövlət başçısı vurğulayıb.
Putin eyni qeyd edib ki, tərəflər arasında dialoqun davam etdirilməsi və əlaqələrin normallaşması istiqamətində mövcud iş tempini qorumaq mümkün olacaq.
Onun sözlərinə görə, beynəlxalq sabitlik naminə Rusiya və ABŞ arasında əməkdaşlıq qaçılmazdır və qarşılıqlı maraqlara xidmət edir.
Tahir Turan
Globalinfo.az














