Deputat nazirə göndərilən məktubdan danışdı

Deputat nazirə göndərilən məktubdan danışdı

“Xarici işlər naziri Ceyhun Bayramova ünvanladığımız məktubda ABŞ-la münasibətlərə yenidən baxmağı gündəmə gətirmişik”. 

Globalinfo.az xəbər verir ki, bunu deputat Səməd Seyidov Milli Məclisin oktyabrın 8-də keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, ABŞ konqresmenlərinin Azərbaycana qarşı qərəzli addımları ilk dəfə deyil və məsələ araşdırılmalıdır:

“ABŞ COP29-un keçirilməsinə ciddi dəstək versə də, sonradan bu tədbiri alt-üst etməyı cəhd göstərir. Beləliklə onun səmimiyyətinə inam itirilir. Beynəlxalq hüququn əsasını təşkil edən inam, etibarlılıq yox olur. Biz ABŞ-la öz münasibətlərimizi ciddi təhlil etməli, hərbi əməkdaşlığa yenidən baxmalıyıq. Dostluq adı altında başqa maraqları ölkəmizdə reallaşdırmağa çalışırlar. Məktubumuz ciddi təhlil olunacaq, əsas qərar veriləcək.

Safura Bənnayeva
Globalinfo.az