ABŞ “Kosovanı tanı” dedi, Vuçiç belə cavab verdi

Serbiya Prezidenti Aleksandar Vuçiç ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Qabriyel Eskobarın “Serbiya və Kosova arasında danışıqların yekun hədəfi qarşılıqlı tanınmadır” açıqlamasına reaksiya verib.

Globalinfo.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.

“Qarşılıqlı tanıma?! Hələ çox gözləyəcəksiniz!” – Vuçiç bildirib.

Qeyd edək ki, bundan öncə Serbiya lideri Qərb xüsusilə Avropa Birliyi ilə münasibətlərini sıxlaşdırmağa başlayıb. Əsas hədəfinin Serbiyanı AB-yə üzv etmək olduğunu bildirən Vuçiç həmçinin bunun qarşılığında Moskvaya qarşı bəyanat da verib. Bununla belə Vuçiç AB ilə yaxınlaşmanın Kosovanın tanınması hesabına edilməyəcəyini deyib.

İlkin Həsənov
Globalinfo.az