ABŞ Prezidenti Donald Tramp Ottavanın cavab tədbirləri görəcəyi təqdirdə ABŞ-nin Kanadaya tarifləri artıracağını bildirib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Tramp “X” hesabında məlumat yayıb.
“Zəhmət olmasa Kanadanın Baş naziri Trüdoya izah edin ki, o, ABŞ-a cavab rüsumunu tətbiq edəndə bizim cavab tarifimiz dərhal eyni məbləğdə artacaq”, – Tramp qeyd edib.
**
20:40
ABŞ Kanadaya qarşı ticarət müharibəsinəə başlayıb.
Globalinfo.az xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo deyib.
Ottava da Vaşinqtona cavab olaraq ABŞ məhsullarına 25 faiz gömrük rüsumu tətbiq edib.
“Bu gün Birləşmiş Ştatlar Kanadaya – ən yaxın tərəfdaşı və müttəfiqinə qarşı ticarət müharibəsinə başlayıb. ABŞ rüsumları bu gün səhər erkən saatlarda qüvvəyə minib. Kanada da buna cavab verib”, – Trüdo bildirib.
Qeyd edək ki, Kanada Ümumdünya Turizm Təşkilatında rüsumlarla bağlı iddia qaldırıb.
Aysel Əliyeva
Globalinfo.az














