ABŞ-Kanada sərhədində güclü partlayış: ölənlər və yaralanan var – AÇIQLAMA

ABŞ-Kanada sərhədində güclü partlayış: ölənlər və yaralanan var - AÇIQLAMA

ABŞ və Kanada arasında Niaqara şəlaləsi üzərindəki Göy qurşağı körpüsündə güclü partlayış baş verib.

Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Nyu Yorka gedən “Mersedes” markalı avtomobildə baş verib.

Partlayış nəticəsində avtomobildə olan 2 nəfər ölüb, sərhədçi yaralanıb. Partlayış dalğası avtomobilləri ətrafa atıb.

Körpü insident səbəbindən hər iki istiqamətdə bağlanıb.

Nyu-York qubernatoru Keti Hoçul bölgəyə yollanıb. Qubernator körpüdə avtomobilin partladılmasının bomba yüklü avtomobillə törədildiyini və buna terror hücumu kimi baxıldığını bildirib.

ABŞ-ın Federal Təhqiqat Bürosu hadisə yerində bomba yüklü avtomobillə bağlı araşdırma aparır.

Kanada Baş naziri Castin Trüdo açıqlamasında bildirib ki, Kanada hakimiyyəti ABŞ sərhədində baş vermiş partlayışla bağlı informasiya toplayır:

“Hökumət məsələ ilə bağlı ABŞ hakimiyyət orqanları ilə əlaqədədir. Körpüdə baş vermiş partlayışdan sonra bütün sərhəd keçid məntəqələrində təhlükəsizlik tədbirləri gücləndiririk”.