ABŞ İsrailə MK-84 ağır bombalarının satışına qoyulan qadağanı ləğv edib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı İsrailin Müdafiə Nazirliyi yayıb.
Bombalar İsrailə yanvarın sonunda çatdırılıb.
Qeyd edək ki, MK-84 bombaları əsasən fabrik, zavod, yeraltı bunkerlərin və böyük zirehlərin dəlinməsi üçün istifadə edilir. Amerikalılar bu bombadan İraqdakı nüvə obyektlərinə zərbə zamanı istifadə ediblər.
Diqqətçəkən məqam İsrailə bombaların gəlməsi İranın nüvə silahı əldə etməklə bağlı səylərini artırması iddialarının intensivləşməsi fonunda baş verir. Beynəlxalq Atom Agentliyi bundan öncə İranın artıq zəngiləşdirilmiş uran istehsalını 7 dəfə artırdığını, bunun isə onun nüvə silahı əldə etmək imkanlarını çox yaxınlaşdırdığını bildirib.
Əliyar Xəlil
Globalinfo.az














