“Biz ABŞ-ı İsrailin İrana hücumunda onun tərəfdaşı hesab edirik”.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib.
O, Vaşinqtonun Tehranla danışıqlar aparmaq istədiyini söyləyib:
“ABŞ bizə bir neçə dəfə mesajlar göndərib. Lakin açıq şəkildə demişik ki, hücumlar dayanmayana qədər heç bir dialoq olmayacaq”.
Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp danışıqların davam etməsini İran tərəfinin istədiyini bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az














