“ABŞ və İran arasında anlaşma memorandumu artıq qüvvəyə minib və bu prosesdə İslamabad vasitəçi rolunu oynayıb”.
Globalinfo.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif X hesabında yazıb.
Məlumata görə, sənəd “İslamabad anlaşma memorandumu” adı altında elektron formatda rəsmiləşdirilib və hər iki ölkənin prezidentləri tərəfindən imzalanıb:
“Sənəd həmçinin vasitəçi kimi Pakistan tərəfindən də təsdiqlənib. Memorandum dərhal qüvvəyə minir və ilkin mərhələdə İran Hörmüz boğazının açılmasına, ABŞ isə dəniz blokadasının ləğvinə gedəcək addımlar atacaq”.
Şahbaz Şərif ABŞ və İran rəhbərliyinə dialoqa üstünlük verdiklərinə görə təşəkkür edib, eyni zamanda Qətər, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin vasitəçilik səylərini də yüksək qiymətləndirib.
Safura Bənnayeva
Globalinfo.az