“ABŞ-ın Qrenlandiyada hərbi mövcudluğunu artırmaq planları yoxdur”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat dərc edib.
“Hazırda ABŞ-ın Qrenlandiyada hərbi mövcudluğunu artırmaq planları yoxdur. Biz Kopenhagen və Nuuk (Qrenlandiyanın paytaxtı) ilə sıx işləməyə davam edəcəyik. ABŞ ordusu Qrenlandiyanın şimal-qərbindəki Pituffik aviabazasında daimi varlığını saxlayır. Qrenlandiya ABŞ ordusu və ballistik raketlərin erkən xəbərdarlıq sistemi üçün çox vacibdir. Çünki ada Avropadan Şimali Amerikaya ən qısa yolu özündə birləşdirir. Danimarkanın NATO-ya üzvlüyü sayəsində Qrenlandiya artıq ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə əhatə olunub. Keçmiş koloniya hazırda Danimarka Krallığının tərkibində özünü idarə etsə də, təhlükəsizlik və xarici siyasət məsələləri Kopenhagenin məsuliyyətində qalır”, – nəşr vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














