ABŞ Ukraynaya Rusiyaya qarşı əks-hücum əməliyyatına hazırlaşmağı tövsiyə edir.
Globalinfo.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
ABŞ rəsmiləri hesab edirlər ki, Ukraynanın müdafiəsi kritik mərhələyə çatmaq üzrədir. Bayden administrasiyası təcili olaraq Ukraynaya öz nailiyyətlərini möhkəmləndirmək və əks-hücum həyata keçirmək üçün təzyiq göstərir.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden sabah Polşaya yola düşəcək. Burada Ukrayna ilə bağlı çıxış edəcək.













