Screenshot 2025 02 20 231411

ABŞ-ın Kiyevə ayırdığı pulların böyük qismi amerikalı siyasətçilərin ehtiyaclarına sərf edilir.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması Departamentinin rəhbəri İlon Mask “X” hesabında paylaşıb.

“Ukraynaya ayrılan” həmin məbləğin əhəmiyyətli faizi nəticədə amerikalı siyasətçilərə, Demokratik Milli Komitəyə və bəzi respublikaçılara xeyir gətirib. Buna görə Zelenski hər zaman deyir ki, yardımın yalnız yarısını ala bilib”, – Mask bildirib.

Xatırladaq ki, fevralın əvvəlində Zelenski Kiyevə ayrılan 200 milyard dollar yardımın hara getdiyini bilmədiyini demişdi. Onun sözlərinə görə, Kiyev ABŞ-dan təxminən 76 milyard dollar yardım alıb.

photo 2025 02 20 22 48 45

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: