ABŞ-ın təklifi havada qaldı: “Valsa izah etdim ki…” – Uşakov

usakov 121

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Ukraynada müvəqqəti atəşkəslə bağlı Moskvanın mövqeyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Rossiya 1” telekanalına müsahibəsində danışıb.

“Mən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Valsa müvəqqəti atəşkəslə bağlı əldə olunan razılaşmanı şərh etdim. Bu, Ukrayna hərbçiləri üçün müvəqqəti möhlətdən başqa bir şey deyil. Mövqeyimiz belədir”, – deyə Uşakov bildirib.

O qeyd edib ki, Rusiya öz maraqlarının nəzərə alınacağı davamlı sülh yolu ilə nizamlanmaya çalışır:

“Müvəqqəti razılaşmalar indiki vəziyyətdə kömək edə bilməyəcək”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski martın 12-də 30 günlük atəşkəslə razılaşdığını açıqlayıb.

Günay Rəsulqızı
Globalinfo.az