ABŞ-ın Rusiya ilə bağlı planları var – Stubb

ABŞ-ın Rusiya ilə bağlı planları var – Stubb
Finlandiya Prezidenti Aleksander Stubb ABŞ Prezidenti Donald Trampa Ukraynada atəşkəsin əldə edilməsi üçün bir son tarix qoyulması lazım olduğunu söyləyib.

Globalinfo.azReuters”ə istinadla xəbər verir ki, bu barədə Stubb Londonda mediaya açıqlama verərkən deyib.

“Aprelin 20-si, heç bir şərt qoyulmadan atəşkəs üçün yaxşı bir tarix olardı, çünki son – dəqiq tarixə ehtiyac var. Həmçinin, həmin gün həm Pasxadır, həm də Trampın vəzifəyə başlamasının 3 ayı tamam olur”, – Stubb qeyd edib.

Qeyd edək ki, Finlandiya Prezidenti şənbə günü sürpriz bir səfərlə Floridaya gedərək Donald Trampla görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub və birgə qolf da oynanılıb.

Stubb Trampın Rusiya ilə olan səbrinin tükəndiyini və əgər Rusiya atəşkəsə razı olmazsa, ABŞ-ın genişmiqyaslı planları olduğunu vurğulayıb.

Aysel Əliyeva
Globalinfo.az