Gərginlik artdı: ABŞ təyyarəsindən Rusiyaya müdaxilə – Nələr baş verir?

Gərginlik artdı: ABŞ təyyarəsindən Rusiyaya müdaxilə - Nələr baş verir?

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus, düşmən radiolokasiya sistemləri haqqında kəşfiyyat məlumatları toplamaq üçün nəzərdə tutulmuş təyyarə Moskva ilə artan gərginlik fonunda Rusiyaya yaxın ərazilərdə dövrə vurarkən müşahidə edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə mənbələr istinadən “Daily Mail” məlumat verib.

Uçuş məlumatlarına əsasən, “Boeing RC-135 Combat Sent” adlı kəşfiyyat təyyarəsi çərşənbə axşamı səhər tezdən İngiltərədən havaya qalxıb, Baltik ölkələrinin üzərindən keçərək bir neçə dəfə Polşa və Litva arasında yerləşən Rusiya eksklavı Kalininqrad ətrafında dövrə vurub, sonra isə İngiltərəyə qayıdıb.

Qeyd olunur ki, bu missiya Almaniya kansleri Fridrix Merzin Rusiyanın “hibrid müharibəsi” və NATO hava məkanının Rusiya pilotsuz təyyarələri tərəfindən pozulması ilə bağlı açıqlamasından bir gün sonra həyata keçirilib.

Məlumata görə, “RC-135” təyyarəsi radar siqnallarını təhlil edərək strateji elektron kəşfiyyat aparmaq qabiliyyətinə malikdir. O, uçuş zamanı yanacaqdoldurma sistemləri, müasir rabitə və naviqasiya avadanlığı ilə təchiz olunub. Ekipajda adətən 10-a qədər elektron kəşfiyyat mütəxəssisi olur.

Hazırda təyyarənin konkret tapşırığının məqsədi açıqlanmayıb. Bununla belə, FlightRadar24 oktyabrın 2-də Kalininqrad ətrafında JAKE37 çağırış nişanı ilə eyni tip təyyarənin uçduğunu, həmin gün isə Almaniyada dronların peyda olduğunu qeyd edib.