vens 3 900x600 2

ABŞ artıq İsraili müstəsna siyasi statusa malik müttəfiq kimi qiymətləndirmir. Buna səbəb kimi Vaşinqtonun İsrail rəhbərliyinin hərəkətlərindən artan narazılığı göstərilir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Nəşr Vaşinqtonun İsrailə münasibətindəki dəyişikliyə nümunə olaraq ABŞ-ın vitse-prezidenti Ceyms Di Vensin bəyanatını göstərib: “İsrailin dünyada demək olar ki, dostu qalmayıb”

Mənbələrin sözlərinə görə, Vens sadəcə yeni reallığın simvoludur. Həmin reallıqda İsrailin ABŞ-ın müttəfiqi statusu artıq bütün digər məsələlərdən üstün tutulmur.

Digər həmsöhbətlər bildirirlər ki, hazırda iki ölkənin rəhbərliyi arasında birbaşa təmaslar, o cümlədən telefon danışıqları və yüksək səviyyəli səfərlərin hazırlanması da azalıb.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: