
ABŞ administrasiyası İsrailin İrana qarşı mümkün hərbi əməliyyata ilk olaraq başlamasını istəyir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
“Vaşinqtonda hesab edirlər ki, İsrail tərəfindən endiriləcək ilkin zərbə İranın cavab addımlarına səbəb ola bilər. Bu isə öz növbəsində ABŞ-ın münaqişəyə qoşulması üçün həm siyasi, həm də ictimai baxımdan daha əlverişli zəmin yaradar.
Pakistanda terror aktı: 52 nəfər öldü
ABŞ Prezidenti Donald Tramp administrasiyasının bəzi nümayəndələri düşünürlər ki, siyasi baxımdan İsrailin ilk addımı təkbaşına atması daha məqsədəuyğundur. Onların fikrincə, İranın mümkün cavab zərbəsi ABŞ-ın hərbi müdaxiləsi üçün əlavə əsas formalaşdıra və Amerika seçicilərinin dəstəyini təmin edə bilər.
Rəsmi Vaşinqton və Təl-Əviv məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib”.
Safura Bənnayeva
Globalinfo.az