Zelenski Ağ Evdə belə qarşılandı – VİDEO / YENİLƏNDİ

Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evə gəlib.

Onu ABŞ prezidenti Co Bayden və ABŞ-nin birinci xanımı Cil Bayden qarşılayıb.

Zelenskinin Ağ Evdə Baydenlə ikitərəfli görüşü planlaşdırılıb. Ukrayna prezidenti ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış edəcək. Bu, Zelenskinin vəzifəyə başladığı gündən ABŞ-yə ikinci, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından sonra isə ilk səfəridir.

***

22:35

“Mən Amerika xalqına, Prezidentə və Konqresə bizə çox lazım olan dəstəyə görə təşəkkür etmək üçün bu gün Vaşinqtondayam, həmçinin qələbəmizi yaxınlaşdırmaq üçün əməkdaşlığı davam etdirməyin vacibliyini çatdırmaq üçün”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski tviterdə yazıb.

“Mən Ukraynanın dayanıqlığını və müdafiə qabiliyyətini gücləndirmək üçün bir sıra danışıqlar aparacağam. Xüsusilə, ABŞ prezidenti Co Baydenlə Ukrayna və Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əməkdaşlığı müzakirə edəcəyik.

Gələn il biz Ukrayna bayrağını və azadlığını bütün torpağımıza, bütün xalqımıza qaytarmalıyıq” – deyə Zelenski bildirib.

***

22:05

Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtona çatıb.

***

20:35

Ukrayna Prezidenti Vladimiz Zelenskinin Vaşinqtona getməsi üçün ABŞ hərbi təyyarə ayırıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hazırda Ukrayna prezidenti yoldadır. Onun Ağ Evə saat 14.00-da (Bakı vaxtı ilə 23.00) çatması gözlənilir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi bildirib ki, ABŞ səfər müddətində Zelenskinin təhlükəsizliyini təmin etmək üçün rəsmi Kiyevlə sıx koordinasiyada işləyir.