ABŞ-ın ikiüzlülüyü: “Regionda sabitliyi pozmağa çalışırlar”

Görünür ki, son dövrlər ABŞ-nin, eləcə də USAİD-in Azərbaycanla bağlı mövqeyi demokratiya prinsipləri ilə deyil, özlərinin milli maraqları çərçivəsində qərəzli yanaşmadır.

Globalinfo.az xəbər verir ki, bu fikirləri “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri Çingiz Bayramov bildirib.

QHT sədri qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalı zamanı bir milyondan çox azərbaycanlının bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçı Ermənistan dövlətinin yanında dayanıb. İndi də həmin ikili standartlar davam etməkdədir. Ùmumiyyətlə, ABŞ Cənubi Qafqazda sabitliyin qorunmasında maraqlı deyil. Son illərdə Qərb ölkələrində Azərbaycanofobiya, türkofobiya meyilləri yenə baş qaldırıb.

Ç.Bayramov bildirib ki, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında heç vaxt azərbaycanlı qaçqın və məcburi köçkünlərin acınacaqlı vəziyyəti məsələsini qaldırmayıb və BMT TŞ-nin qətnamələrinin icrasını tələb etməyib. Bu, onu göstərir ki, özünü supergüc hesab eden ABŞ hökuməti erməni lobbisinin təsirindən çıxa bilmir. İkili standartlardan biri kimi ABŞ-nin erməni separatçılarını, o cümlədən Ruben Vardanyanı dəstəklənməsi Azərbaycana qarşı qərəzliliyin nóvbəti təzahürüdür və bunun heç bir izahı yoxdur.