“İranla münaqişə zamanı Los-Anceles və San-Dieqo şəhərləri məhv edilə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nebraska ştatında seçicilər qarşısında çıxış edərkən deyib.
“Böyük qələbə görmək istəyirəm, siz də böyük qələbə görmək istəyirsiniz. Çünki bu, atdığımız bütün addımların doğru olduğunu sübut edir.
Onlar bir şəhəri məhv edə bilərlər. Qoy Los-Ancelesi məhv etsinlər, qoy San-Dieqonu məhv etsinlər.
Bu, çox kiçik bir qiymətdir və hər şey çox tezliklə başa çatacaq. Əslində, hər şey demək olar ki, artıq başa çatıb”, – deyə Ağ Ev rəhbəri qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az