ABŞ-ın dövlət qurumları kiberhücuma məruz qaldı

ABŞ-ın dövlət qurumları kiberhücuma məruz qaldı

ABŞ-ın bir neçə federal hökumət qurumu haker hücumuna məruz qalıb.

Globalinfo.az  xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Haker hücumunun arxasında kimin dayandığı hələlik məlum deyil.

Hücum geniş istifadə olunan proqram təminatındakı boşluqdan istifadə edilməklə həyata keçirilib.

Bildirilir ki, bu, ilk belə hal deyil. Genişmiqyaslı haker hücumu iki həftə əvvəl başlayıb və bu müddət ərzində bir neçə universitet və ABŞ hökumət təşkilatları vurulub.