ABŞ-ın bu münasibəti qəbuledilməzdir – Elman Nəsirov

ABŞ-ın bu münasibəti qəbuledilməzdir - Elman Nəsirov

“Dövlət çox güclü olanda təzyiqlərə məruz qalır, Azərbaycan da belə ölkələrdəndir”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Elman Nəsirov Milli Məclisin oktyabrln 8-də keçirilən plenar iclasında deyib.

Deputat ABŞ konqresmenlərinin Azərbaycana qarşı sanksiya tələblərini tənqid edib:

“ABŞ, Fransa və başqa qüvvələr Azərbaycana təzyiq göstərməyə çalışır. Bakı isə həmişə Vaşinqtonla beynəlxalq hüququn normalarına uyğun əməkdaşlıq edib. ABŞ hakimiyyət bölgüsü və gücdən danışardı. İndi noldu? Biz Ağ Evin anti-Azərbaycan münasibətinə qarşı təklif irəli sürdük. Ümumiyyətlə Bakıya qarşı bu mövqe qəbuledilməzdir”.

Safura Bənnayeva
Globalinfo.az