Venesuela Prezidenti Nikolas Maduro Puerto-Rikoya hücum edəcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, Maduro sözügedən ərazini ABŞ-dan azad etmək üçün bu addımı atacağını deyib.
“Puerto-Rikonun azadlığı uzaqda deyil. Biz buna çatacağıq”, – prezident bildirib.
Qeyd edək ki, Puerto-Riko ABŞ-dan asılı bölgədir. Vaşinqton N.Maduronun hakimiyyətini tanımır. Ağ Ev Venesuela prezidentinin həbsinə kömək edəcək informasiya üçün 25 milyon dollar vəd edib.
Əliyar Xəlil
Globalinfo.az














