İranın ABŞ ilə dialoq prosesi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əhməd Vahidinin nəzarəti altındadır.
Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Agentlik SEPAH komandanının müharibənin dayandırılması üzrə danışıqlarda Tehranın sərt mövqeyinin formalaşmasında əsas rolu oynadığını bildirib.
ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu da Əhməd Vahidi və çevrəsinin təkcə hərbi məsələləri deyil, həm də İranın danışıqlar siyasətini nəzarətə götürdüyünü qeyd edib.