ABŞ-ı G7-yə qoşulmağa vadar edən səbəb: Rusiyaya çağırış

GH5RQIAZCFL5HJR4VXIUNEE7FQ

ABŞ Rusiyanı Ukraynada atəşi dayandırmağa çağırmaq üçün G7-yə qoşuldu.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bu gün Kanadada ABŞ dövlət katibi G7 ölkələri XİN başçıları ilə görüşüb. İclasda Ukrayna münaqişəsi barədə danışıqlar aparılıb və Rusiyaya atəşi dayandırmağq çağırışı edilib. Əks təqdirdə Moskvanı mümkün yeni sanksiyalarla hədələyiblər.

Görüşdə Ukraynanın ərazi bütövlüyünün müdafiəsi, azadlığı, müstəqilliyi və suverenliyinə sarsılmaz dəstək bir daha təsdiqlənib.
Görüşdən sonra medianın suallarını cavablandıran Marko Rubio birgə bəyanatdan razı qaldıqlarını açıqlayıb.

Aysel Əliyeva
Globalinfo.az