Hondius Antarctica Expedition Ship Exterior Bow Port Ivan Ivanisevic crp 1024x576.jpg 2

ABŞ tezliklə ya Hörmüz boğazında hərbi əməliyyatları bərpa edə, ya da İrana qarşı daha ciddi tədbirlər görə bilər.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “CBS News”a müsahibəsi zamanı deyib.

Hörmüz boğazının faktiki nəzarətinin Tehranın əlindəki yeganə silah olduğunu irəli sürən Tramp sözlərinə belə davam edib:

“Biz boğazı açardıq. Mən sadəcə bunu etməmək üçün xahiş edən bəzi ölkələrə yaxşılıq edirdim. Yenə deyirəm biz onu açardıq. Amma biz asanlıqla buna qayıda bilərik”, – Tramp deyib.

Vaşinqtonun İrana qarşı planı ilə bağlı suala isə Tramp – “Bilmirəm. Ya bu, ya da daha ciddi bir şey”, – deyə cavab verib.

Paylaş: