Bu gün səhər saatlarında Rusiyanın Novosibirsk vilayətinin Tatarsk şəhərində məktəb binası çöküb.
Globalinfo.az xəbər verir ki, 5 nömrəli ümumtəhsil məktəbinin bir hissəsi şahidlərin gözü qarşısında uçub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə baş verən anda binada heç kim olmayıb.
Məktəb binası 1937-ci ildə inşa olunub və sabah burada dərslərin başlanması planlaşdırılırdı.
Safura Bənnayeva
Globalinfo.az