ABŞ-ın Yaxın Şərqdə xidmət edən hərbi qulluqçularının ərzaq qıtlığı ilə üzləşməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın hərbi naziri Pit Heqset X hesabında yazıb.
O qeyd edib ki, logistik məlumatların yoxlanışı “USS Abraham Linkoln” aviadaşıyıcısının və “Tripoli” desant gəmisinin ərzaqla tam təmin edildiyini göstərib:
“Hər ikisinin 30 gündən çox müddətə bəs edəcək birinci kateqoriyalı təminatı – ərzağı mövcuddur”.
Xatırladaq ki, ötən gün “USA Today” portalı hərbçilərin qohumlarına istinadla məlumat yaymışdı ki, Fars körfəzi sularındakı gəmilərdəki qida ehtiyatları tükənmək üzrədir.